İdman

Azərbaycan futbolunu nələr gözləyir? - VİDEO

16 Aug 2026, 11:36 3 baxış
Azərbaycan futbolunu nələr gözləyir? - VİDEO
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı Azərbaycan futbolunun bugünkü vəziyyətinə və inkişaf perspektivlərinə həsr olunub. Verilişdə Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayevlə Azərbaycan futbolunda son illərdə baş verən dəyişikliklər, klubların inkişafı, Premyer Liqanın səviyyəsi və futbolumuzun gələcəyi barədə danışılıb.

Futbolun artıq yalnız meydandakı nəticələrdən ibarət olmadığı, böyük maliyyə imkanları, biznes strategiyaları, media və düzgün kommunikasiya amillərinin də müasir futbolun ayrılmaz hissəsinə çevrildiyi vurğulanıb. Podkastda Azərbaycan futbolunda köhnə məktəblə yeni futbol düşüncəsi arasındakı fərqlər, nəsil dəyişikliyi və müasir futbolun tələblərinə uyğunlaşma məsələləri də müzakirə olunub. Sənan Abdullayev həm jurnalist, həm də futbol idarəçiliyi sahəsində çalışmış mütəxəssis kimi media ilə futbol idarəçiliyi arasında münasibətlərə, tərəflərin bir-birini hansı məqamlarda düzgün anlamamasına dair fikirlərini bölüşüb. Azərbaycan futbolunun real vəziyyəti, inkişaf yolları, müasir futbolun dəyişən tələbləri və digər maraqlı məqamlarla bağlı daha ətraflı "TOP-al"ın yeni buraxılışında izləyə bilərsiniz.
Mənbə oxu.az

Oxşar Xəbərlər