Digər
1635-ci gün: Rusiyanın itkiləri yeniləndi
Ukrayna müharibənin 1635-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 467 320 hərbçi, 12 270 ədəd tank, 25 151 ədəd zirehli döyüş maşını, 48 007 ədəd artilleriya sistemi, 2034 (reaktiv yaylım atəş sistemi), 1 570 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2257 ədəd yerüstü robot-texnika kompleksi, 463 404 ədəd PUA, 134 851 ədəd avtomobil texnikası, 5 007 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 535 xüsusi avadanlıq itirib.
Mənbə
axar.az