Dünya
İranda etirazçı edam edildi - FOTO
İranda ötən ilin dekabrında keçirilən kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına avtomobillə hücum etməkdə ittiham olunan Şahram Sadiqi dar ağacından asılıb. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, Sadiqi etirazlar zamanı avtomobili ilə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum edib. Hadisə nəticəsində yeddi məmurun yaralandığı bildirilir. Hadisədən sonra Sadiqi ərazidən qaçıb və daha sonra istifadə etdiyi avtomobili yandırıb. O, bir müddət sonra saxlanılıb və məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.
Mənbə
oxu.az