İdman
İslam Maxaçev titulunu qorudu
Avqustun 16-da ABŞ-nin Filadelfiya şəhərində UFC 330 turniri keçirilib. Oxu.Az Championat.com-a istinadən xəbər verir ki, yarış "Xfinity Mobile" arenasında baş tutub. Gecənin əsas döyüşündə UFC-nin yarımorta çəkidə çempionu İslam Maxaçev irlandiyalı İan Qarriyə ilə döyüşdə titulunu qoruyub. Döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə Maxaçevin qələbəsi ilə başa çatıb. Bu döyüşdən sonra Maxaçevin hesabında 29 qələbə və bir məğlubiyyət var. İan Qarrinin isə MMA karyerası ərzində 17 qələbəsi və iki məğlubiyyəti var.
Mənbə
oxu.az