İdman
Premyer Liqa: "Sabah" evdə "Kəpəz"i məğlub etdi - VİDEO
Misli Premyer Liqasında I turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib. "Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə isə Xander Severina "Sabah"ın ikinci qolunu vuraraq hesabı müəyyənləşdirib.
"Araz-Naxçıvan" və "İmişli" komandaları arasında keçirilən günün ilk oyununda isə qalib müəyyənləşməyib. Xatırladaq ki, turun açılış oyununda "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. İlk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Mənbə
oxu.az