İdman
19 yaşlı üzgüçüdən İNANILMAZ REKORD: Dünyanın ən yaxşı nəticəsini göstərdi
19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1 500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə yeni dünya rekordu müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, Parisdə keçirilən Avropa çempionatının finalında o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edib. Əvvəlki rekord amerikalı Bobbi Finkə məxsus olub. O, Paris Olimpiadasında məsafəni 14 dəqiqə 30,67 saniyəyə qət edib. Bu növdə Avropa çempionatının gümüş medalını macarıstanlı Zalan Şarkan, bürünc medalını isə almaniyalı Oliver Klemet qazanıb. Libman Parisdə keçirilən Avropa çempionatında ikinci qızıl medalını əldə edib. O, daha əvvəl 800 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə Avropa rekordu müəyyənləşdirərək çempion olub.
Mənbə
oxu.az