İdman

Dambrauskasdan "Hapoel" açıqlaması: Bizi belə bir oyun gözləyir

15 Aug 2026, 23:35 3 baxış
Dambrauskasdan "Hapoel" açıqlaması: Bizi belə bir oyun gözləyir

Bizi qarşıda həqiqətən də çox rəqabətli və mübarizəli iki oyun gözləyir. Hər iki komanda Çempionlar Liqasının qrup mərhələsinə, daha doğrusu, əsas mərhələyə vəsiqə qazanmaq üçün əlindən gələni edəcək. Çünki hər iki klub üçün də bu, ilk dəfə belə bir mərhələdə iştirak etmək baxımdan çox önəmli hadisə olacaq.


Axar.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Kəpəz”lə oyundan (2-0) sonra keçirilən mətbuat konfransında Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları İsrail təmsilçisi barədə danışarkən deyib.


“İnanıram ki, bu mərhələyə yüksələn tərəf biz olacağıq. Əlbəttə, burada müəyyən amillər, bəlkə də bir qədər bəxt də önəmli rol oynayacaq. İnanıram ki, sadaladığım bütün bu xırda detallar bizim tərəfimizdə olacaq və mərhələni keçən komanda “Sabah” olacaq. Hazırda ağlıma gələn əsas fikir budur ki, bizi iki çox rəqabətli və mübarizəli oyun gözləyir”, - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər