Cəmiyyət
Şəkinin Baş Zəyzid kəndində diqqətçəkən qəbiristanlıq - VİDEO
Şəki rayonunun Baş Zəyzid kəndində yerləşən qəbiristanlıq səliqəsi ilə diqqət çəkir. Baku TV-nin məlumatına görə, 5 mindən artıq sakini olan kənddə 6 il əvvəl salınan bu qəbiristanlıqda bütün məzar daşları kimliyindən asılı olmayaraq eyni ölçüdə qoyulub.
Sakinlər bu nümunəvi qaydanın ənənəyə çevriləcəyini bildirirlər. "Köhnə qəbiristanlıqda yer məhdud olduğundan kənd sakinləri yığılıb müzakirə apardılar. Yeni qəbiristanlığın ərazisini müəyyənləşdirib bu işə başlamaq istədik və prosesi çox səliqəli şəkildə həyata keçirməyi qərara aldıq. Qəbirləri standart formada ölçüb hazırladıq. Bu nümunə kənd sakinləri tərəfindən müsbət qarşılandı. Bu qayda-qanun hamı tərəfindən bəyənildi və yeni qəbiristanlığın salınmasında bütün sakinlər yaxından iştirak etdilər", - kənd sakinlərindən biri söyləyib.

Mənbə
oxu.az