Cəmiyyət

“Amay”da öldürülən Orxan iş adamı imiş - Foto

15 Aug 2026, 17:14 2 baxış
“Amay”da öldürülən Orxan iş adamı imiş - Foto

Xəbər verdiyimiz kimi, iyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.


Axar.az xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubov Unikal.az-a açıqlamasında hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalovun onun qardaşının keçmiş işçisi olduğunu deyib.


Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə "Sabir Əmlak" adlı şirkətini qurub.

Mənbə axar.az

Oxşar Xəbərlər