İdman
İspaniyada yeni mövsüm başlayır - La Liqa start götürür
Bu həftə İspaniya La Liqasında 2026/27 mövsümünə start veriləcək. Oxu.Az xəbər verir ki, yeni mövsümün ilk turunda azarkeşləri maraqlı qarşılaşmalar gözləyir. Çempionatın açılış günündə iki oyun keçiriləcək. İlk görüşdə "Alaves" doğma meydanda "Xetafe"ni qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Günün ikinci matçında isə "Sevilya" və "Rayo Valyekano" üz-üzə gələcəklər. Bu qarşılaşma saat 23:30-da start götürəcək. İspaniya La Liqası 15 avqust 21:30, "Alaves" - "Xetafe". 23:30, "Sevilya" - "Rayo Valyekano".
Mənbə
oxu.az