Cəmiyyət
"Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında yeni şaxta qurulur
"Bakı Metropoliteni "yaşıl" xətt üzrə havalandırma sisteminin yaxşılaşdırılması məqsədilə daha bir şaxtanın inşasına başlayıb". Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, şaxta "Nizami" və "Cəfər Cabbarlı" stansiyaları arasında inşa edilir: "Havalandırma şaxtasının inşası davam etdirilir. 11 aydan sonra şaxta da istifadəyə veriləcək və həmin xətt üzrə havalandırma daha da yaxşılaşdırılacaq".
Mənbə
oxu.az