Cəmiyyət

Xətlərin ayrılmasından sonra "28 May"ın qarşısında son vəziyyət - FOTOREPORTAJ

15 Aug 2026, 10:08 3 baxış
Xətlərin ayrılmasından sonra "28 May"ın qarşısında son vəziyyət - FOTOREPORTAJ
Bu gündən "Bakı Metropoliteni" QSC tərəfindən "qırmızı" və "yaşıl" xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Bu səbəbdən "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılıb. "28 May" və "Nizami" stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən dünəndən etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə verilib. Hazırda "28 May" metro stansiyasının qarşısındakı vəziyyətlə bağlı Photostock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az Qeyd edək ki, avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək. Yeni ekspres xətlər bunlardır: M1 - Metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları arasında; M2 - Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında; M3 - Metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları arasında; M4 - Metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları arasında; M5 - Metronun "20 Yanvar" və "Gənclik" stansiyaları arasında; M6 - Metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında.
Xətlərin ayrılmasından sonra "28 May"ın qarşısında son vəziyyət - FOTOREPORTAJ Xətlərin ayrılmasından sonra "28 May"ın qarşısında son vəziyyət - FOTOREPORTAJ Xətlərin ayrılmasından sonra "28 May"ın qarşısında son vəziyyət - FOTOREPORTAJ
Mənbə oxu.az

Oxşar Xəbərlər