Dünya
Kolumbiyada mədəndə partlayış: 6 nəfər həlak olub
Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində altı nəfər həyatını itirib, bir nəfər isə xilas ola bilib. Oxu.Az xəbər verir ki, bu barədə Kundinamarca qubernatoru Xorxe Emilio Reyə istinadən "Blu Radio" radiostansiyası məlumat yayıb. Məlumata görə, Kundinamarka əyalətinin Kukunuba bölgəsindəki mədəndə köməksiz vəziyyətdə qalan altı mədənçinin cəsədi tapılıb. Hadisə La-Ramada ərazisində yerləşən şaxtada qeydə alınıb. Obyektdə yoxlama aparan müfəttişlər təhlükəsizlik qaydalarının pozulduğunu aşkar etdikdən sonra mədənin fəaliyyəti dayandırılmışdı. Bildirilir ki, mütəxəssislər mədəndəki qəzanın səbəblərini araşdırmalı və rəsmi qadağaya baxmayaraq, qazıntı işlərinin nə üçün davam etdirildiyini aydınlaşdırmalıdırlar.
Mənbə
oxu.az