Dünya

Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı: 4 000 nəfər təxliyə edildi

14 Aug 2026, 23:12 1 baxış
Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı: 4 000 nəfər təxliyə edildi
Polşanın paytaxtı Varşavanın mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsi dövrünə aid dörd ədəd döyüş sursatı aşkarlandıqdan sonra təxminən 4 000 nəfər təxliyə edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Polsat" telekanalı məlumat yayıb. Polis ərazidə 300-400 metr radiusda təhlükəsizlik zonası yaradıb. Yaxınlıqdakı sakinlərlə yanaşı, səkkiz ofis binasında çalışan şəxslər də təxliyə olunublar. Aşkar edilən döyüş sursatlarının növü açıqlanmayıb. Onların 1944-cü ilin avqustunda başlayan Varşava üsyanından qaldığı ehtimal edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər