Digər
İsrail ordusu HƏMAS komandirini məhv etdi
HƏMAS-ın Şati batalyonunun bölük komandiri Məhəmməd Bəssam Məhəmməd Muştaha İsrail ordusu tərəfindən öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
“Məhəmməd Bəssam Məhəmməd Muştaha Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində öldürülüb. O, 7 oktyabr hücumunda İsrail ərazisinə daxil olub və müharibə zamanı çoxsaylı girovların saxlanılmasında iştirak edib. Muştaha İsrail hərbçiləri və vətəndaşlarına qarşı yeni hücumlar hazırladığı üçün zərərsizləşdirilib”, - məlumatda bildirilib.
Mənbə
axar.az