Tokio o həddə çatıb ki, Putinə göstərirlər ki... - Zaxarova
Yaponiya hakimiyyəti o həddə çatıb ki, Rusiya liderinə hansı bölgələrə səfər edə biləcəyini açıq şəkildə göstərir. Bu, tamamilə qəbuledilməzdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Avqustun 13-də Yaponiya Baş naziri Sanae Takaiçinin və xarici işlər naziri Toşimitsu Moteginin Rusiya Prezidenti Vladimir Putinin qanuni əsaslarla bütün Kuril adaları kimi ölkəmizin ayrılmaz hissəsi olan İturup adasına səfəri ilə bağlı bəyanatları son dərəcə hiddət doğurur və tamamilə qəbuledilməzdir”, — Zaxarova vurğulayıb.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Saxalinə səfəri çərçivəsində Kuril adalarına məxsus İturup adasını ziyarət edib.