Dünya
İran və ABŞ vasitəçilərin köməyi ilə danışıqları davam etdirir
"İran diplomatiyanı əsas üstünlük hesab edərək və ölkənin müdafiəsinə hazır vəziyyətdə qalaraq, vasitəçilərin köməyi ilə ABŞ ilə müzakirələri davam etdirir". Oxu.Az xəbər verir ki, bu barədə İranın Tailanddakı səfiri Nəsrəddin Heydəri TASS müxbirinə verdiyi müsahibədə bildirib. "Vasitəçilər vasitəsilə aparılan danışıqlar dayanmayıb. Əsas məsələ Amerika tərəfinin öz öhdəliklərinə nə dərəcədə sadiq qalacağıdır. Diplomatiya bizim üçün ön plandadır, lakin vətənimizi qorumağa daima hazırıq", - deyə o qeyd edib.
Mənbə
oxu.az