İdman

Murad Məmmədov yeni komandasında ilk qolunu vurub - VİDEO

13 Aug 2026, 23:06 22 baxış
Murad Məmmədov yeni komandasında ilk qolunu vurub - VİDEO
Kiprin "Pafos" klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədov yeni komandasında ilk qolunu vurub. Oxu.Az xəbər verir ki, 20 yaşlı futbolçu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Avstriyanın "Zalsburq" komandasına qarşı keçirilən görüşün 84-cü dəqiqəsində fərqlənib.

Murad Məmmədov bu qolla "Pafos"un hesabı 3:3-ə çatdırmasına kömək edib. Qeyd edək ki, komandalar arasında Avstriyada keçirilən ilk oyunda "Zalsburq" 1:0 hesabı ilə qalib gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər