İdman
"Qarabağ"ın Konfrans Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Konfrans Liqasında III mərhələnin cavab oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" bu mərhələdə Ukraynanın "Dinamo Kiyev" klubunu qəbul edəcək. İzləyicilər "Qarabağ" - "Dinamo Kiyev" oyununu 20:00-dan etibarən "CBC Sport"da izləyə biləcəklər. Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, "köhlən atlar" iki oyunun nəticəsinə əsasən "Dinamo Kiyev"i üstələyəcəyi təqdirdə UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" (Niderland) - "DAC 1904" (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə
oxu.az