ABŞ qoşunlarını İraqdan bu tarixdə çıxarır
ABŞ ordusu sentyabrın sonunadək İraqdakı bütün hərbi qüvvələrini çıxarmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.
Məlumata görə, İraqın Baş naziri Əli əz-Zeydi sentyabrın 30-nu İŞİD-lə mübarizə üzrə Qlobal Koalisiyanın ölkədəki hərbi missiyasının başa çatdırılması və qoşunların çıxarılmasının son və dəyişdirilməz tarixi elan edib.
ABŞ rəsmisi də Vaşinqtonun qoşunların çıxarılmasını sentyabrın 30-dək başa çatdırmağı planlaşdırdığını təsdiqləyib. Lakin İraqda hazırda neçə ABŞ hərbçisinin olduğu və onların hara köçürüləcəyi açıqlanmayıb.
Bildirilib ki, ABŞ qüvvələri 2025-ci ildə İraqın əksər bölgələrindəki bazalarını tərk edib, yalnız ölkənin şimalındakı Kürdüstan bölgəsində mövcudluğunu saxlayıb.