İdman

"Neftçi"nin vingeri Tunis klubuna transfer olundu - FOTO

13 Aug 2026, 12:36 1 baxış
"Neftçi"nin vingeri Tunis klubuna transfer olundu - FOTO
"Neftçi" klubunun vingeri İmad Faraj Tunisin "Esperans" komandasına transfer olunub. Oxu.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata görə, ötən gün Tunisə yollanan mərakeşəsilli fransalı futbolçu ilə artıq rəsmi müqavilə bağlanıb. Yaxın günlərdə klub rəhbərliyinin bu transferi ictimaiyyətə rəsmən elan edəcəyi gözlənilir. Xatırladaq ki, 2025-ci ilin yayında "Neftçi"nin sıralarına qoşulan İmad Faraj paytaxt təmsilçisinin forması ilə meydana çıxdığı 31 qarşılaşmada rəqib qapılarından 7 top keçirməyə müvəffəq olub.
"Neftçi"nin vingeri Tunis klubuna transfer olundu - FOTO "Neftçi"nin vingeri Tunis klubuna transfer olundu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər