İdman

Messi atasının vəfatından sonra ilk oyununa çıxdı

13 Aug 2026, 11:44 2 baxış
Messi atasının vəfatından sonra ilk oyununa çıxdı
Lionel Messi atasının ölümündən sonra ilk dəfə meydana çıxıb. Oxu.Az xəbər verir ki, ulduz futbolçu Liqa Kuboku çərçivəsində keçirilən "İnter Mayami" - "Leon" (2:3) matçında əvəzetmədən meydana daxil olub. Qalib komandanın heyətində Daniel Arsila (50 və 83-cü dəqiqələr) və Xuan Pablo Dominqes (61) fərqlənməyi bacarıblar. Məğlub tərəfdən isə qolları Daniel Pinter (42) və Yannik Brayt (53) öz aktivlərinə yazdırıblar. İkinci hissədə əvəzetmədən meydana daxil olan Lionel Messi bu dəfə məhsuldar hərəkətlə yadda qala bilməyib. Xatırladaq ki, avqustun 8-də Lionelin atası, 68 yaşlı Xorxe Messinin uzun sürən xəstəlikdən sonra Rosario xəstəxanalarından birində vəfat etdiyi məlum olmuşdu. Messi atasının ölümündən sonra "İnter Mayami"dəki çıxışını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdi. Məhz bu səbəbdən, ulduz futbolçu Argentinada atasının vida mərasimində iştirak etdiyi üçün Liqa Kuboku çərçivəsində Meksikanın "Monterrey" klubuna qarşı keçirilən matçı buraxmalı olmuşdu. Qeyd edək ki, üç matçdan sonra aktivində cəmi üç xal olan "İnter Mayami" bununla da pley-offa vəsiqə qazanmaq şansını itirib. "Leon" isə üç turdan sonra doqquz xal toplayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər