İdman

“Qarabağ” bu gün cavab oyununa çıxır

13 Aug 2026, 11:07 1 baxış
“Qarabağ” bu gün cavab oyununa çıxır

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.


Axar.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.


Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.


Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.


UEFA Konfrans Liqası


III təsnifat mərhələsi (cavab oyunu)


13 avqust


20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)


Baş hakim: Styuart Ettuell


Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq


Dördüncü hakim: Lyuis Smit


VAR: Peter Benks


AVAR: Ceyms Bell


Tofiq Bəhramov adına Respublika Stadionu

Mənbə axar.az

Oxşar Xəbərlər