İdman

UEFA Superkubokunun qalibi bəlli oldu

13 Aug 2026, 00:58 1 baxış
UEFA Superkubokunun qalibi bəlli oldu

UEFA Superkuboku uğrunda Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandası üz-üzə gəlib.


Axar.az xəbər verir ki, Avstriyanın Zalsburq şəhərindəki "Red Bull Arena"da keçirilən matç fransızların 2-1 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, PSJ Çempionlar Liqasının, "Aston Villa" isə Avropa Liqasının son qalibidir. Bununla da parislilər ardıcıl 2-ci dəfə UEFA Superkubokuna sahib çıxıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər