İdman

İrlandiyalı atlet 48 illik rekordu yenilədi

12 Aug 2026, 23:18 1 baxış
İrlandiyalı atlet 48 illik rekordu yenilədi
İrlandiyalı Mark İnqliş yüngül atletika üzrə Avropa юempionatında 800 metr məsafəyə qaçışda turnirin 48 il davam edən rekordunu yeniləyib. Oxu.Az "Athletics Weekly" nəşrinə istinadən xəbər verir ki, Birmingemdə keçirilən qitə birinciliyinin yarımfinal qaçışında İnqliş 1 dəqiqə 43.49 saniyə nəticə göstərib. Avropa çempionatlarının əvvəlki rekordu almaniyalı Olaf Bemerə məxsus idi. O, 1978-ci ildə Praqada keçirilən turnirdə bu məsafəni 1 dəqiqə 43.84 saniyəyə qət etmişdi. İnqlişin 33 yaşı var, o, 800 metr məsafəyə qaçışda Avropa çempionatlarının ikiqat (2014 və 2022-ci illərdə) bürünc mükafatçısıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər