"Qarabağ"ın matçının hakimləri Bəhramovu yad etdilər - Foto
UEFA Konfrans Liqasının “Qarabağ” - “Dinamo” (Kiyev) matçını idarə edəcək ingiltərəli hakimlər Tofiq Bəhramovun xatirəsinə ehtiramlarını bildiriblər.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, hakimlər Tofiq Bəhramov adına Respublika stadionunda əfsanəvi azərbaycanlı hakimin heykəlini ziyarət ediblər. Onlar Tofiq Bəhramovun heykəli önündə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, avqustun 13-də keçiriləcək KL-nin 3-cü təsnifat mərhələsinin “Qarabağ” - “Dinamo” cavab görüşünün baş hakimi ingiltərəli Stüart Ettuel olacaq. Ona həmyerliləri Nik Qrinheyl və İan Hassin kömək edəcəklər. Dördüncü hakim Lyuis Smit, VAR hakimi Piter Benkis, AVAR isə Ceyms Bell olacaq.
Tofiq Bəhramov 1966-cı il dünya çempionatının İngiltərə - AFR finalında verdiyi tarixi qərarla dünya futbolunda məşhurlaşıb.