İdman

"Turan-Tovuz" Berdıyevin "Lokomitiv"ə keçəcəyinə dair xəbərlərə reaksiya verib

12 Aug 2026, 20:20 2 baxış
"Turan-Tovuz" Berdıyevin "Lokomitiv"ə keçəcəyinə dair xəbərlərə reaksiya verib
"Turan Tovuz" futbol klubunun mətbuat xidməti komandanın baş məşqçisi Kurban Berdıyevin "Lokomotiv Moskva"ya rəhbərlik edə biləcəyi ilə bağlı gəzən şayiələrə münasibət bildirib. Oxu.Az xəbər verir ki, daha əvvəl futbol meneceri Timur Qurtskaya Berdıyevin Mixail Qalaktionovun istefaya göndəriləcəyi təqdirdə "dəmiryolçular"ın baş məşqçisi postuna namizədlərdən biri kimi nəzərdən keçirildiyini bəyan etmişdi. "Biz bu günlərdə Qurban Berdıyevlə yeni ikiillik müqavilə imzalamışıq. İki gündən sonra çempionatın ilk oyununu keçirəcəyik", - deyə "Turan Tovuz"un mətbuat xidmətindən "Sport24"ün müxbiri Vladislav Şapiroya bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər