İdman

İngiltərədə qaz futbol matçının dayandırılmasına səbəb oldu - VİDEO

12 Aug 2026, 19:06 1 baxış
İngiltərədə qaz futbol matçının dayandırılmasına səbəb oldu - VİDEO
İngiltərədə Qərbi Sasseksdə ölkə çempionatının aşağı divizionlarından birinin "Bercess Hill Taun" və "Uaytlif" klubları arasındakı matçı meydançaya qazın girməsi səbəbindən dayandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bercess"in "X" hesabında paylaşım edilib. Paylaşımda bildirilib ki, 37-ci dəqiqədə meydançada qaz peyda olub.

Azarkeşlərdən biri - Fil Dennett qeyd edib ki, qazı tutmaq bir neçə dəqiqə çəkib və o, oyun zamanı meydanın üzərindən böyük bir quş sürüsü uçduqdan sonra ortaya çıxıb. "Görünürdü ki, qaz uça bilmirdi, amma qaça bilirdi. Ola bilsin ki, o yaralanmışdı və ya sadəcə uçuş zamanı yorulmuşdu", - deyə o əlavə edib. Klub daha sonra bildirib ki, qaz təbii təhlükəsiz şəkildə təbiətə qaytarılıb. "Bercess" isə matçı 3:0 hesabı ilə qazanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər