Dünya
Cənubi Sendviç adalarında güclü zəlzələ baş verib
Atlantik okeanınını cənubunda yerləşən və Böyük Britaniyanın dənizaşırı ərazisi hesab olunan Cənubi Sendviç adalarında altı bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətindən (USGS) məlumat verilib. Məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə qeydə alınıb. Epientir isə Argentinanın Rio Qrande şəhərindən şərqdə yerləşib. Zəlzələdən sonra sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib. İnsan itkisi və dağıntılar ehtimalının az olduğu bildirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az