İdman
"Mançester Siti" "Marsel"in qapıçısını transfer etdi
Argentinalı qapıçı (qolkiper) Xeronimo Rulyi Fransanın "Marsel" klubundan İngiltərənin "Mançester Siti" klubuna keçib. Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilib. "Mançester Siti" beynəlxalq icazə alınması şərti ilə Xeronimo Rulyi ilə müqavilənin imzalanmasını tamamlayıb. Nəhəng, təcrübəli qapıçı Fransanın "Marsel" klubundan "Mançester Siti"yə keçib və 2028-ci ilin yayına qədər qüvvədə olacaq ikiillik müqavilə imzalayıb. "Argentinalı oyunçu üçün bu, "Siti"də ikinci mövsümdür, çünki Rulyi 2016/17 mövsümünü "Mançester Siti"də keçirib və əsas komandada bir oyun belə oynamayıb. 34 yaşlı futbolçu elit səviyyədə zəngin oyun təcrübəsi ilə Mançesterə qayıdır", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az