Dünya
Britaniyalı aktyor başına gələn maraqlı hadisədən danışdı: 7 dəqiqəlik klinik ölüm zamanı nələr görüb? - FOTO
Hindistanəsilli britaniyalı aktyor Şiv Qryual klinik ölüm yaşayıb və digər dünyada gördüklərindən danışıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "News18" nəşri məlumat verib. 60 yaşlı aktyorun sözlərinə görə, hadisə 2013-cü ilin fevral ayında Londonda həyat yoldaşı ilə birlikdə nahar edərkən baş verib. O huşunu itirib və ürəyi dayanıb. Yeddi dəqiqə sonra həkimlər onu həyata qaytarmağa müvəffəq olublar. Şiv Qryual iddia edir ki, həmin dövrdə baş verən hər şeyi xatırlayır. "Mən başa düşdüm ki, artıq ölmüşəm. Bu hiss fiziki bədəndən ayrılmağa bənzəyir, sanki mən boşluqda idim, lakin eyni zamanda emosiyaları (hissləri) və taktil (toxunma) duyğuları da hiss edirdim... Bu bir az suda üzməyə bənzəyirdi, sanki sıfır cazibə qüvvəsində idim", - deyə aktyor bildirib. Şiv Qryualın sözlərinə görə, digər dünyada kosmosu görüb, Ayın üzərindən uçub və meteoritləri müşahidə edib. Ona, həmçinin çox sayda reinkarnasiya variantları təqdim olunub, lakin onlardan imtina edib və qəti şəkildə öz bədəninə - həyat yoldaşının yanına qayıtmaq qərarına gəlib. Həyata qayıtdıqdan sonra Qryuala əsas arteriyanın tamamilə tıxanması diaqnozu qoyulub və damarına stent quraşdırılıb. Beynin oksigen aclığı səbəbindən o, bir ay süni komada qalıb, daha sonra isə onda epilepsiya yaranıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az