İdman
"Dinamo Kiyev"in baş məşqçisindən "Qarabağ"la oyundan öncə vəd
"Qurban Qurbanov uzun illərdir "Qarabağ"dadır". Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" oyunundan əvvəl Ukrayna klubunun baş məşqçisi İqor Kostyuk deyib. O bildirib ki, bu səbəbdən də qarşılarında formalaşmış bir komanda var: "Şəhəriniz və insanlarınız bizə çox yaxşı təsir bağışladı. Ümumiyyətlə, Azərbaycan xalqının bizə qarşı münasibəti və dəstəyi çox xoşdur. Bunlara baxmayaraq, qeyd etmək istəyirəm ki, bu qarşılaşma çox maraqlı olacaq. "Qarabağ"ın avrokubok təcrübəsi kifayət qədər çoxdur. Bizi çox maraqlı və çətin qarşılaşma gözləyir". Xatırladaq ki, UEFA Konfrans Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" matçı sabah saat 20:00-da start götürəcək. İlk oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Mənbə
oxu.az