Dünya
Zimbabvedə bərə aşıb: Çox sayda ölən və itkin düşən var - VİDEO
Zimbabvedə Kariba gölündə həddindən artıq yüklənmiş bərə aşıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sky News" nəşri məlumat verib.
Məlumata görə, hadisə nəticəsində ən azı 37 nəfər ölüb. Həmçinin 77 nəfər xilas edilib və göldəki kiçik bir adaya çatdırılıb, 27 nəfər isə itkin düşüb. Zimbabve Mülki Müdafiə İdarəsinin bəyanatında bildirilib ki, bərənin göyərtəsində 114 sərnişin və beş ekipaj üzvü olub. Bu, satılan biletlər barədə məlumatların təhlilindən sonra məlum olub. Göldə axtarış-xilasetmə əməliyyatları davam edir.

Mənbə
oxu.az