Dünya

Peterburqun sabiq vitse-qubernatorunun oğlu Moskvada qətl şübhəsi ilə saxlanılıb

12 Aug 2026, 16:20 2 baxış
Peterburqun sabiq vitse-qubernatorunun oğlu Moskvada qətl şübhəsi ilə saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun sabiq vitse-qubernatoru İqor Albinin oğlu Aleksandr Xotini Moskvada bir kişinin qətlində şübhəli bilərək saxlayıblar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. "Hadisə avqustun 10-da axşam saatlarında Aleksandr Xotinin Qovorova küçəsində yerləşən mənzilində baş verib. İlkin ehtimallara görə, ev sahibi ilə qonaq arasında yaranan mübahisə zamanı Xotin kişiyə bıçaq xəsarətləri yetirib. Yaralı mənzildən çıxaraq təcili tibbi yardım çağıra bilib", - deyə mənbə bildirib. Məlumata əsasən, zərərçəkmiş dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib. "Xotin qətl törətmək şübhəsi ilə nəzarətə alınıb", - deyə mənbə əlavə edib. Faktla bağlı cinayət işi başlanılıb. Açıq mənbələrdə yer alan məlumatlara görə, Aleksandr Xotin Rusiyanın keçmiş regional inkişaf naziri və Sankt-Peterburqun sabiq vitse-qubernatoru İqor Albinin İrina Xotina ilə nikahından olan oğludur.
Mənbə oxu.az

Oxşar Xəbərlər