Dünya
Türkiyədə qırıcı təyyarə qəzaya uğradı - VİDEO
Türkiyənin Yalova bölgəsində təlim uçuşu həyata keçirən "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, təyyarəni idarə edən pilot katapult edərək sağ qalmağı bacarıb.
"Hərbi Hava Qüvvələrimizin balansında olan bir "F-16" təyyarəsi Yalovada təlim uçuşu icra edərkən qəzaya düşüb, pilotumuz isə tullanaraq xilas ola bilib. Hadisənin başvermə səbəbləri aparılacaq ətraflı tədqiqatdan sonra məlum olacaq", - deyə açıqlamada qeyd olunub.

Mənbə
oxu.az