İdman

Qələbə zirvəsindəki alpinistin cəsədi 2027-ci ilə qədər orada qalacaq

12 Aug 2026, 15:48 1 baxış
Qələbə zirvəsindəki alpinistin cəsədi 2027-ci ilə qədər orada qalacaq
Alpinistlər Qırğızıstandakı Qələbə (Pobeda - Cəngiş Çokusu) zirvəsində həlak olmuş Natalya Naqovitsınanın cəsədinə yalnız 2027-ci ildə yaxınlaşa biləcəklər. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Alpinizm Federasiyasından (FAR) məlumat verilib. Mövcud əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qələbə zirvəsində mövsüm bağlanıb. "İndi mövsüm yalnız 2027-ci ildə yenidən açılacaq. Həmin vaxta qədər heç kim Qələbə zirvəsinə qalxmayacaq. Bundan əlavə, qaydaların sərtləşdirilməsi səbəbindən artıq bu zirvəyə yalnız müəyyən ixtisas dərəcəsinə malik olan peşəkarlar çıxa biləcəklər", - deyə agentliyin mənbəsi qeyd edib. Xatırladaq ki, ötən il avqustun 12-də Naqovitsına Qələbə zirvəsinə yürüş edərkən 7 200 metr yüksəklikdə ayağını sındırmış və hərəkət qabiliyyətini itirmişdi. Onun xilası üçün bir neçə dəfə cəhd göstərilsə də, onlardan heç biri uğurla nəticələnməmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər