İdman

"Qarabağın baş məşqçisi: "Üç oyundur qol vura bilməməyimiz psixoloji təzyiq yaradır"

12 Aug 2026, 13:54 1 baxış
"Qarabağın baş məşqçisi: "Üç oyundur qol vura bilməməyimiz psixoloji təzyiq yaradır"
"Komandanın üç oyun qol vura bilməməyi psixoloji təzyiq yaradır". Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" oyunundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi bunu normal qarşıladığını qeyd edib: "İllərdir bu işin içində olduğum üçün mən bunu normal qarşılayıram. Sadəcə biz bunu aradan qaldırmağa çalışırıq. Qol vurmaq üçün daha artığını etməliyik. Planımızdan kənarda qalmışıq. Həm zədə, həm oyunçuların tam adaptasiya olmaması problem yaradır. Qısa müddətdə bu həll olunacaq". Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" matçı sabah saat 20:00-da start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər