Dünya
Qırğızıstanda zəlzələ baş verib
Qırğızıstanın Narın vilayətində zəlzələ baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti" ölkənin Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutuna istinadən məlumat verib. Avqustun 12-də 5 bal gücündə olan zəlzələlər yerli vaxtla saat 13:14-də (Bakı vaxtı ilə saat 11:14) qeydə alınıb. Təbii fəlakətin episentri Ak-Tuz kəndindən 15 km cənub-şərqdə və Bişkekdən 117 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağının hansı dərinlikdə yerləşdiyi bildirilmir. Hazırda xəsarət alanlar və ya dağıntı barədə məlumat yoxdur.
Mənbə
oxu.az