Dünya

Balidə sərnişin gəmisində yanğın: 100-dən çox sərnişin xilas edildi - VİDEO

12 Aug 2026, 11:40 3 baxış
Balidə sərnişin gəmisində yanğın: 100-dən çox sərnişin xilas edildi - VİDEO
İndoneziyanın Bali adasından qonşu Lombok adası istiqamətində üzən sərnişin gəmisində səhər saat 4 radələrində güclü yanğın baş verib. Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı Mataram axtarış və xilasetmə idarəsinin rəhbəri Məhəmməd Hariyadi məlumat verib.

Qurum rəsmisinin məlumatına əsasən, hadisə anında gəminin göyərtəsində 114 sərnişinlə yanaşı 17 heyət üzvü olub. Bununla bərabər, bərə vasitəsilə 44 avtomobil və 53 motosiklet daşınırmış. Yaxınlıqdan keçən gəmilərin və xilasedicilərin köməyi ilə 106 nəfəri xilas etmək mümkün olub. Hazırda 25 nəfərin hələ də yanan gəmidə olduğu bildirilir. Kütləvi informasiya vasitələrinin yazdığına görə, bəzi sərnişinlər alovdan xilas olmaq məqsədilə dənizə tullanıblar. Dənizdə yaranan və hündürlüyü dörd metrə qədər yüksələn şiddətli dalğalar axtarış-xilasetmə tədbirlərinin icrasını ciddi şəkildə çətinləşdirib. Həyəcan siqnalı yanğın başlanandan təqribən yarım saat sonra qeydə alınıb. Müvafiq agentlik vaxt itirmədən hadisə yerinə xüsusi xilasetmə heyəti və gəmilər cəlb edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər