Siyasət
Azərbaycanda 25 milyon manata tələbələr üçün yataqxana kompleksi tikiləcək
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamda əksini tapıb. Bu kompleksin tikintisi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılması nəzərdə tutulub.
Mənbə
oxu.az