Dünya

Donald Tramp Türkiyəni niyə gizli tərk etdi? - Ağ Ev lideri ilk dəfə açıqladı

12 Aug 2026, 08:44 5 baxış
Donald Tramp Türkiyəni niyə gizli tərk etdi? - Ağ Ev lideri ilk dəfə açıqladı
ABŞ Prezidenti Donald Tramp iyul ayının əvvəlində ABŞ Məxfi Xidmətinin tövsiyəsi əsasında Türkiyəni gizli şəkildə öz layneri ilə deyil, başqa bir təyyarə ilə tərk etdiyini təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bu yalnız Məxfi Xidmətdən asılıdır. Mən sadəcə olaraq onların məndən istədiyini edirəm. Onlar mənim fərqli bir təyyarə ilə uçmağımı istədilər. Buna görə də mən bunu etdim ", - deyə Tramp vurğulayıb. Xatırladaq ki, "The Washington Post" qəzetinin avqustun 10-da verdiyi məlumata görə, 7-8 iyul tarixlərində Ankarada baş tutan NATO sammitindən sonra Tramp öz prezident laynerinə minib. Lakin nəşrin məlumatına görə, bir neçə dəqiqə sonra o, gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinin daha kiçik ölçülü təyyarəsinə - hərbi-nəqliyyat "C-32A"ya keçirilib. ABŞ administrasiyasının onun öz laynerində olduğunu iddia etməsinə baxmayaraq, Amerika lideri Türkiyəni həmin təyyarə ilə tərk edib. Məqalədə qeyd olunduğu kimi, potensial cinayətkarları yanıltmaq məqsədi daşıyan bu əməliyyat İranla bağlı Trampa qarşı yaranmış real təhlükə ilə əlaqədar həyata keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər