Dünya

Yeməkdən sonra mədədə və qarında ağırlıq hansı halda normal qəbul edilə bilər?

12 Aug 2026, 07:36 6 baxış
Yeməkdən sonra mədədə və qarında ağırlıq hansı halda normal qəbul edilə bilər?
Yeməkdən sonra mədədə və qarında ağırlıq hissi bəzi hallarda normal hesab edilə bilər. Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Sergey Vyalov öz "Telegram" kanalında danışıb. Sergey Vyalovun sözlərinə görə, yeməkdən sonra mədə-bağırsaq nahiyəsində ağırlıq hissi yarandıqda ilk növbədə qəbul edilən qidanın miqdarına diqqət yetirmək lazımdır. "Əgər porsiyanın çəkisi 750-1000 qramı keçibsə və yemək sürətli yeyilibsə, ağırlıq hissi olduqca normaldır", - deyə həkim bildirib. Mütəxəssis bu vəziyyətin fizioloji norma sayıla biləcəyini qeyd edib. Lakin onun sözlərinə görə, narahatlıq hətta az miqdarda qida qəbulundan, məsələn, nahar və ya şam yeməyindən sonra da yaranırsa, bu, həzm sisteminin ətraflı müayinəsinə ehtiyac olduğunu göstərə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər