Dünya
Britaniyada məhkəmələrdə ağıllı eynəklər taxmaq qadağan edildi
ABŞ-nin "Meta" korporasiyasının istehsal etdiyi ağıllı eynəklərdən İngiltərə və Uels məhkəmələrində istifadə qadağan edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti vahid məhkəmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb. "Məhkəmə və tribunal binalarında foto və video çəkilişlərlə bağlı aydın məhdudiyyətlər mövcuddur. Buna görə də "Meta" eynəklərindən istifadə qadağandır", - deyə nümayəndə bildirib. Nəşrin mənbəsi qeyd edib ki, eynəklər məhkəməyə daxil olan şəxslərdən giriş zamanı alınacaq. "Meta"nın nümayəndəsi isə bildirib ki, eynəklər foto və video çəkiliş zamanı yanıb-sönən işıq diodu indikatoru ilə təchiz olunub. Bu indikator ətrafdakı şəxslərə çəkiliş aparıldığını bildirir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər