Dünya
Rusiyada 20 min aktyor saxta kastinqə cəlb olunub - VİDEO
Rusiyanın müxtəlif bölgələrindən olan 20 min aktyor saxta kastinq vasitəsilə aldadılıb. Oxu.Az "Mash"ın "Telegram" kanalına istinadən xəbər verir ki, məqsəd aktyorların fotoşəkillərini, səslərini, mobil telefon nömrələrini və süni intellekt vasitəsilə insanları aldatmaq üçün istifadə oluna biləcək digər məlumatlarını əldə etmək olub.
İddialara görə, hadisənin arxasında Belarus şanson ifaçısının qardaşı oğlu Leonid Smunyov dayanır. Onun atası Denis restoran biznesi ilə məşğul olub və Belarusun "Restoran İdmanı Federasiyası"nın keçmiş sədridir. O, 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatından əvvəl kulinariya üzrə dünya çempionatı təşkil etmək məqsədilə Sankt-Peterburqa köçüb. Həmin vaxt oğlu da Sankt-Peterburqa gedərək guya teatr təhsili almağa başlayıb. Leonidin əmisi İlya isə Belarusun keçmiş idman funksioneri, həmçinin 1990-cı illər və Aleksandr Lukaşenko haqqında mahnıların müəllifidir. Onun məşhur mahnılarından biri "Kudy batka - tudy ya" ("Ata hara - mən də ora") adlanır. 2021-ci ildə İlya Smunyov Vitebsk prokuroru ilə birlikdə məmura rüşvət verməkdə şübhəli bilinib. O, saxlanılsa da, ölkədən qaça bilib və İnterpolun axtarış bazasına daxil edilib. Bir neçə il sonra kişi bəraət alıb, prokuror isə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu yaxınlarda Leonid Smunyov uğursuz insan olmaqdan yorulduğunu bildirən emosional video paylaşıb. O, ssenari yazdığını və qrant aldığını iddia edərək "xalq kastinqi" elan edib. Bundan sonra çox sayda aktyor kastinqdə iştirak etmək üçün müraciət edib. Onların arasında "Bayramlar" serialının aktyoru və rejissoru Boris Derqaçyov da olub. Aleksandrinski Teatrının aktrisası Anastasiya Panteleyeva isə aksiyanın həqiqiliyinə şübhə ilə yanaşaraq Leonidə bir sıra dəqiqləşdirici suallar ünvanlayıb. İddialara görə, gənc aktyor aktrisaya qarşı təhqiramiz ifadələr işlədib, onun xarici görünüşünü məsxərəyə qoyub və qeyri-adekvat cavablar verib. Bundan sonra Panteleyeva araşdırma apararaq Leonidin ali təhsilinin və hazır ssenarisinin olmadığını, həmçinin onun 2025 və 2026-cı illərdə qrant üçün müraciət edənlər və qrant alanlar siyahısında yer almadığını müəyyənləşdirib. Bu arada Rusiyanın müxtəlif bölgələrindən olan 20 min aktyorun şəxsi məlumatlarını artıq ona təqdim etdiyi bildirilir. Hazırda Smunyov tərəfindən aldadıldığı iddia edilən şəxslər Anastasiya Panteleyeva ilə birlikdə sosial şəbəkələrdə hadisəni ifşa edir və onun əməllərini tənqid edirlər. Digərləri isə məhkəməyə müraciət etməyə hazırlaşırlar. Hüquqşünasların sözlərinə görə, Leonid Smunyova qarşı şəxsi məlumatların qanunsuz toplanması və ya dələduzluqla bağlı iş qaldırıla bilər. Şəxsi məlumatların qanunsuz toplanması ilə bağlı maddə üzrə onu inzibati məsuliyyət və maksimum 15 min rubl məbləğində cərimə gözləyə bilər. Dələduzluq faktı tam sübuta yetirilərsə, iki ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Mənbə
oxu.az
Oxşar Xəbərlər