Dünya

İnsult riskini artıran axşam vərdişləri AÇIQLANDI

12 Aug 2026, 03:34 6 baxış
İnsult riskini artıran axşam vərdişləri AÇIQLANDI
Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. Oxu.Az xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər. Liz Vaysın sözlərinə görə, şam yeməyində duzlu qidaların - çatdırılma yolu ilə sifariş edilən yeməklərin, pizzanın, ət yarımfabrikatlarının və digər hazır qidaların - müntəzəm istehlakı damarların sağlamlığına mənfi təsir göstərə bilər. "Yüksək təzyiqi və ya duza həssaslığı olan, müntəzəm olaraq natriumla zəngin qidalar qəbul edən insanlar qan təzyiqlərini idarə etməkdə daha çox çətinlik çəkə bilərlər", - deyə o xəbərdarlıq edib. İnsult riskini azaltmaq üçün Liz Vays, xüsusilə də şam yeməyində, natrium miqdarı az olan qidalara üstünlük verməyi tövsiyə edib. O, həmçinin axşam saatlarında şəkərli qida və içkilərdən uzaq durmağı məsləhət görüb. Çünki onların müntəzəm istehlakı gündəlik şəkər qəbulunu artırır və bu da uzunmüddətli perspektivdə insult, hipertoniya, piylənmə və 2-ci tip diabet riskini yüksəldə bilər. Bundan əlavə, uzun iş günündən sonra divanda istirahət etmək istəyinin həddindən artıq olması da fiziki aktivliyin azalmasına səbəb ola bilər. "Əgər günün çox hissəsini artıq oturaq vəziyyətdə keçirmisinizsə, bütün axşamı da oturaq keçirmək ürək-damar sağlamlığını dəstəkləmək üçün əldən verilmiş bir fürsətdir", - deyə Liz Vays qeyd edib. Öz növbəsində Rosanna Rast yatmazdan əvvəl spirtli içki qəbul edərək istirahət etmək vərdişindən də çəkinməyi tövsiyə edib. "Alkoqol qan təzyiqini artıra, damarların vəziyyətinə təsir göstərə və iltihabı gücləndirə bilər. Axşam saatlarında alkoqol qəbul etmək, həmçinin yuxunu poza bilər. Sağlam yuxu rejimi isə uzunömürlülük və insultun profilaktikası üçün vacibdir", - deyə Rosanna Rast vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər