Dünya
"Ceyms Uebb" qara dəliyin yaxınlığında su və toz aşkar edib
Astronomlar "Ceyms Uebb" kosmik teleskopunun köməyi ilə Süd Yolunun mərkəzində yerləşən ölməkdə olan ulduzun yaxınlığında böyük miqdarda su buzu və toz aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb. Müşahidələr göstərib ki, su və digər uçucu maddələr superkütləvi qara dəliyin güclü radiasiya mühitində uzun müddət mövcud ola bilər. Alimlər Oxatan bürcündə yerləşən IRS 3 ulduzunu müşahidə ediblər. Ulduz Süd Yolunun mərkəzində yerləşən Sgr A* superkütləvi qara dəliyindən təxminən 0,55 işıq ili məsafədədir. Araşdırmaya görə, ömrünün son mərhələsində olan ulduz kosmosa böyük miqdarda toz və su molekulları da daxil olmaqla müxtəlif maddələr buraxır. Bu maddələr gələcəkdə planetlərin formalaşması üçün əsas "tikinti materialları" hesab olunur. Kəşf Süd Yolunun mərkəzi bölgələrində planetlərin formalaşması üçün zəruri maddələrin mənbələri barədə alimlərin təsəvvürlərini genişləndirir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər