İdman

"Sabah"ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşdi

12 Aug 2026, 00:04 2 baxış
"Sabah"ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşdi
UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"u iki oyunun nəticəsinə görə məğlub edərək turnirin pley-off mərhələsinə yüksələn "Sabah"ın növbəti rəqibi müəyyənləşib. Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu ÇL-nin bu raundunda İsrailin "Hapoel" (Beer Şeva) komandası ilə qarşılaşacaq. "Hapoel" ÇL-nin 3-cü təsnifat mərhələsində Serbiyanın "Srvena Zvezda" klubunu turnirdən kənarlaşıdıraraq təmsilçimizə rəqib olub. "Hapoel" hər iki oyunda "Srvena Zvezda"dan üstün olub (1:0, 2:0). Qeyd edək ki, ÇL-də növbəti mərhələnin oyunları avqustun 19-da və 25-də keçiriləcək
Mənbə oxu.az

Oxşar Xəbərlər