İdman

"Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəlib

12 Aug 2026, 00:44 1 baxış
"Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəlib
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Fənərbağça" (Türkiyə) səfərdə "Şturm Qraz" ilə (Avstriya) qarşılaşıb. Oxu.Az xəbər verir ki, görüş İstanbul təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. "Fənərbağça"ya qalibiyyət gətirən qolu Anderson Taliska 66-cı dəqiqədə penaltidən vurub. Tərəflər arasında ilk görüşdə də "Fənərbağça" rəqibini məğlub etmişdi - 2:0. İki oyunun nəticəsinə görə "Fənərbağça" turnirin pley-off mərhələsinə yüksəlib. Türkiyə klubu bu raundda "Lion" - "Sparta Praqa" cütünün qalibi ilə üz-üzə gələcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər