İdman
"Sabah" təzyiqi artırdı, biz də səhvlər etdik - Poulsen
İkinci hissədə çox böyük səhvlər etdik.
Axar.az xəbər verir ki, bu sözləri “Orhus” klubunun baş məşqçisi Yakop Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Masazırda “Sabah”a 0-4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Sabah" kimi komandaya topu verdinsə, cəzalanacaqsan. Artıq oyunun ikinci yarısında rəqib təzyiqi artırdı, biz də müdafiədə səhvlər etdik. Biz yaxşı oyun sərgiləyə bilmədik. "Sabah" növbəti mərhələyə yüksəlməyə layiq idi", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 5-2 hesabı ilə məğlub edən "Sabah" adını Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Mənbə
axar.az