İdman

"Orhus"un baş məşqçisi: "Sabah" hər iki oyunda növbəti mərhələyə layiq olduğunu göstərdi"

11 Aug 2026, 22:30 1 baxış
"Orhus"un baş məşqçisi: "Sabah" hər iki oyunda növbəti mərhələyə layiq olduğunu göstərdi"
"İkinci hissədə biz çox böyük səhvlərə yol verdik". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən "Sabah" - "Orhus" oyunundan sonra təşkil olunan mətbuat konfransında Danimarka təmsilçisinin baş məşqçisi Yakop Poulsen deyib. O bildirib ki, komandası topu demək olar ki, rəqibə təhvil verib: "Sabah" kimi güclü kluba qarşı topsuz oynamaq çox çətindir. Bir saat ərzində yaxşı müdafiə olunduq. Lakin "Sabah"ın hücumları çoxaldıqca komandada fərdi səhvlər də artdı və biz qolları bu səhvlərdən buraxmağa başladıq. Bir hissədə dörd qol buraxmaq planlarımıza daxil deyildi. Bunu gözləmirdik. Məncə, "Sabah" hər iki oyunda göstərdiyi performansla növbəti mərhələyə layiq olduğunu sübut etdi". "Avropa Liqasının pley-off mərhələsində "Benfika" ilə oynayacağıq. Onlar püşkdə qarşımıza çıxa biləcək ən çətin rəqibdir. Onların gücünə baxmayaraq, biz öz oyunumuzu oynayıb mərhələni keçməyə çalışacağıq", - deyə baş məşqçi qeyd edib. Qeyd edək ki, "Bank Respublika Arena"da keçirilən matç "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, bu qələbə sayəsində UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan "Sabah" klubu bu mərhələdə "Srvena Zvezda" (Serbiya) - "Hapoel Beer-Şeva" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər